Ermənistanın Təhlükəsizlik Şurası sabiq katibi Armen Qriqoryan Baş nazirin aparatında vəzifə tutmaq təklifindən imtina edib.
Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətdə keçirdiyi brifinqdə jurnalistlərə bildirib.
Qeyd edək ki, Armen Qriqoryanı Təhlükəsizlik Şurasının katibi vəzifəsində parlamentin sabiq sədri Alen Simonyan əvəz edib.












