Sabahdan Bakının bu küçələrində də hərəkət məhdudlaşdırılır

  • Müəllif: Firuzə
  • 13 Avqust 2026 21:40

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakının bir sıra küçələrinin müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə Gununsesi.info -ya AAYDA-dan bildirilib.

Hərəkət məhdudlaşdırılacaq küçələr:

📍 Həsən Abdullayev küçəsi – Rostropoviçlər küçəsindən Yusif bəy İbrahimli küçəsinədək;

📍 Rostropoviçlər küçəsi – Bünyad Sərdarov küçəsindən Nizami küçəsinədək;

📍 Nizami küçəsi – Rostropoviçlər küçəsindən Səid Rüstəmov küçəsinədək;

📍 Səid Rüstəmov küçəsi – Nizami küçəsindən Bünyad Sərdarov küçəsinədək;

📍 Əhməd Cavad küçəsi – Yusif bəy İbrahimli küçəsindən Səid Rüstəmov küçəsinədək;

📍Lermontov küçəsi – Bünyad Sərdarov küçəsindən Əhməd Cavad küçəsinədək;

📍 Həsən Seyidbəyli küçəsi – Bünyad Sərdarov küçəsindən Mehdi Hüseyn küçəsinədək;

📍 İlqar İsmayılov küçəsi – Nəcəf bəy Vəzirov küçəsindən Zivər bəy Əhmədbəyov küçəsinədək.

Məhdudiyyət 14 avqust 2026-cı il saat 08:00-dan etibarən tətbiq ediləcək və təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən hərəkətlərini əvvəlcədən planlaşdırmaları, alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Gununsesi.info