İran və Omanın XİN rəhbərləri Hörmüzü müzakirə etdi

  • Müəllif: Firuzə
  • 21 Avqust 2026 23:19

Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə iranlı həmkarı Abbas Arakçı arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə Oman XİN məlumat yayıb.

Tərəflər regional məsələlər və Hörmüz boğazındakı gəmiçiliklə bağlı vəziyyəti müzakirə ediblər.

Diplomatlar Yaxın Şərqdəki cari hadisələr kontekstində siyasi dialoqun və danışıqlar prosesinin bərpasına kömək edəcək şəraitin formalaşdırılması imkanları ilə bağlı fikir mübadiləsi aparıblar.

Gununsesi.info