MİQ üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

  • Müəllif: Firuzə
  • 26 Avqust 2026 19:16

28 avqust saat 15:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə başlanılır.

Bu barədə Gununsesi.info-ya MÜTDA-dan məlumat verilib.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq ən çoxu 4 vakant yer seçə bilərlər.Vakansiya seçimi zamanı namizədlərin seçdikləri vakant yerlər üzrə elektron ərizələrini təsdiqləmələri vacibdir.

Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 31 avqust saat 15:00-da başa çatacaq.

Gununsesi.info