46 mənzili, 89 obyekti, 147 min dolları müsadirə olunacaq

  • Müəllif: Orxan
  • 01 Sentyabr 2026 16:44

Ermənistanda sabiq məmur Qaqik Xaçatryanın və onunla əlaqəli şəxslərin əmlaklarının müsadirə edilməsi tələb olunur

Gununsesi.info xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun məlumatına görə, sabiq Dövlət Gəlirləri Komitəsinin sədri olan Xaçatryanın və onunla əlaqəli şəxslərin, o cümlədən oğullarının əmlaklarının müsadirə edilməsi nəzərdə tutulur.

Müsadirə olunması tələb edilən əmlaklar arasında:

193 daşınmaz əmlak obyekti, o cümlədən Kentron inzibati rayonunda 46 mənzil və Kotayk vilayətində 89 daşınmaz əmlak obyekti, hüquqi şəxslərdə 29 pay; 14 daşınar əmlak obyekti, təxminən 1 milyard 451 milyon ABŞ dolları məbləğində əldə edilmiş istiqrazlar, təxminən 147 min ABŞ dolları məbləğində depozit, təxminən 23 milyon 81 min ABŞ dolları, 409 milyon 806 min dram və 9 750 avro məbləğində kredit tələbi hüququ, təxminən 17 milyard 761,5 milyon dram vəsait daxildir.

Gununsesi.info