“The Sofia Globe” qəzetinin məlumatına görə, Bolqarıstanın Baş naziri Rumen Radev Avropa ölkələrinə müraciət edərək, Ukraynanın Rusiyaya xarici uzaqmənzilli silahlardan istifadə edərək hücumlarının potensial nəticələrini nəzərdən keçirməyə çağırıb.
Gununsesi.info-nun xəbərinə görə, Bolqarıstanın baş naziri bildirib ki, “Uzaq mənzilli silahlarımız düşmən xətlərinin arxasında dərin zərbələr endirmək üçün istifadə edildikdə nə gözləyə bilərik? Onlar kənarda dayanacaqlar, yoxsa cavab verəcəklər? Əsas sual budur”.
O, Avropa dövlətlərinə Ukrayna münaqişəsinin eskalasiya risklərini daha ciddi şəkildə qiymətləndirməyi və mümkün qədər tez bir zamanda sülh yolu ilə həll axtarışına başlamağı tövsiyə etdi.
Radevin sözlərinə görə, döyüşlər nə qədər uzun davam edərsə, münaqişənin yayılma riski bir o qədər yüksəkdir.
“Mənim fikrimcə, Avropa Rusiyasız da mövcud ola bilər. Lakin Avropanın Rusiyaya qarşı uzun müddət mövcud olması ehtimalı azdır”, – deyə baş nazir vurğulayıb.
Maqsud












