Yeni ekspres avtobus fəaliyyətə başlayır

  • Müəllif: Şəbnəm
  • 04 Sentyabr 2026 17:20

Sentyabrın 7-dən metronun “20 Yanvar” stansiyasından “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyaları istiqamətində artan sərnişin tələbatının qarşılanması üçün M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Avtobusların “20 Yanvar” metrostansiyasındakı dayanacağı Rövşən Cəfərov küçəsi, “Velotrek” adlanan ərazinin qarşısı, “Həzi Aslanov” metrostansiyasında isə Məhəmməd Hadi küçəsi, metronun qarşısı təyin edilib.

Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək təşkil ediləcək.

 

Gununsesi.info xəbər verir ki, bu