Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində müəllim və təhsil işçiləri rəhbərliyin fəaliyyəti və idarədəki bəzi təyinatlardan narazıdır.
Bu barədə onlar Gununsesi.info-ya müraciət ediblər.
Şikayətçilər idarədə ədalətsiz yanaşma və qanunsuzluq hallarının araşdırılmasını tələb edirlər.
Müraciətdə qeyd olunur ki, idarənin rəhbərliyi ilə bağlı müəllimlər, təhsil işçiləri və vətəndaşlar arasında narazılıq var. Etirazların əsas ünvanlarının Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və rəhbərliyin müavini Elmin Məmmədtağıyev olduğu bildirilir.
İddialara görə, idarədə təyinatlar, vəzifələrə yanaşma, idarəçilik və ayrı-ayrı qərarlarla bağlı ədalətsizlik və qanunsuzluq hallarının olduğu düşünülür.
Narazı şəxslər hesab edirlər ki, təhsil sistemində şəxsi münasibətlər deyil, qanun, obyektivlik, şəffaflıq və peşəkarlıq əsas götürülməlidir.
Müraciətdə, həmçinin milyonlarla manatlıq aktla bağlı məsələlərin ictimaiyyətin diqqətində olduğu bir vaxtda idarə rəhbərliyi ətrafında yeni narazılıqların gündəmə gəldiyi bildirilir.
Şikayətçilər rəhbərliyin fəaliyyətinin araşdırılmasını, təyinatların qanunauyğunluğunun yoxlanılmasını, səsləndirilən iddialara hüquqi qiymət verilməsini və nəticələrin ictimaiyyətə açıqlanmasını tələb edirlər.
Qeyd olunan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
@gununsesi.info Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində müəllim və təhsil işçiləri rəhbərliyin fəaliyyəti və idarədəki bəzi təyinatlardan narazıdır. Bu barədə onlar Gununsesi.info-ya müraciət ediblər. Şikayətçilər idarədə ədalətsiz yanaşma və qanunsuzluq hallarının araşdırılmasını tələb edirlər. Müraciətdə qeyd olunur ki, idarənin rəhbərliyi ilə bağlı müəllimlər, təhsil işçiləri və vətəndaşlar arasında narazılıq var. Etirazların əsas ünvanlarının Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və rəhbərliyin müavini Elmin Məmmədtağıyev olduğu bildirilir. İddialara görə, idarədə təyinatlar, vəzifələrə yanaşma, idarəçilik və ayrı-ayrı qərarlarla bağlı ədalətsizlik və qanunsuzluq hallarının olduğu düşünülür. Narazı şəxslər hesab edirlər ki, təhsil sistemində şəxsi münasibətlər deyil, qanun, obyektivlik, şəffaflıq və peşəkarlıq əsas götürülməlidir. Müraciətdə, həmçinin milyonlarla manatlıq aktla bağlı məsələlərin ictimaiyyətin diqqətində olduğu bir vaxtda idarə rəhbərliyi ətrafında yeni narazılıqların gündəmə gəldiyi bildirilir. Şikayətçilər rəhbərliyin fəaliyyətinin araşdırılmasını, təyinatların qanunauyğunluğunun yoxlanılmasını, səsləndirilən iddialara hüquqi qiymət verilməsini və nəticələrin ictimaiyyətə açıqlanmasını tələb edirlər. Qeyd olunan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Şəbnəm











