2026-cı ilin ilk 7 ayında Azərbaycanın qızıl ixracı kəskin artıb, idxalı isə minimum səviyyəyə enib.
Gununsesi.info xəbər verir ki, yanvar–iyul aylarında ölkədən 24 min 517,2 kiloqram, yəni 24,5 ton emal edilməmiş və ya yarımemal olunmuş qızıl ixrac edilib.
İxrac olunan qızılın ümumi dəyəri 3 milyard 707,8 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin eyni dövrü ilə müqayisədə qızıl ixracı fiziki həcmdə 8,5 dəfə, dəyər ifadəsində isə 20,8 dəfə artıb.
Hesabat dövründə Azərbaycana 136,5 kiloqram qızıl idxal olunub. İdxalın dəyəri 21 milyon 221,9 min dollar təşkil edib.
Ötən ilin yanvar–iyul ayları ilə müqayisədə qızıl idxalı fiziki həcmdə 99,6 faiz, dəyər ifadəsində isə 99,4 faiz azalıb.
Beləliklə, 2026-cı ilin ilk 7 ayında Azərbaycanın ixrac etdiyi qızılın həcmi idxal olunan qızılın həcmindən təxminən 180 dəfə çox olub.











