Sankt-Peterburq Dövlət Universitetinin professoru və politoloq Stanislav Tkaçenko “Ridus”a verdiyi müsahibədə Berlinin Ukraynanın alman silahlarının az miqdarda alınmasından niyə narazı olduğunu izah edib.
Gununsesi.info-nun xəbərinə görə, ekspert qeyd etdi ki, Almaniyanın sənaye sektoru ağır vəziyyətdədir və hakimiyyət orqanları iqtisadiyyatı hərbiləşdirməklə bu vəziyyəti düzəltməyə çalışır.
Tkaçenko izah edib ki, “Almaniya maliyyələşdirməsi də daxil olmaqla, hərbi sənayeni dəstəkləmək üçün bütöv bir sistem qurur. Ukraynaya ayrılan vəsaiti öz hərbi sənaye infrastrukturunun qurulmasına yönəltməyi planlaşdırır. Bu, daxili iqtisadi artım və ticarətin genişlənməsi problemlərini həll edəcək müasir bir sənaye yaradacaq”.
O əlavə edib ki, Almaniya tarixən müsbət ticarət balansına malik olub, lakin indi vəziyyət kəskin şəkildə dəyişir və buna görə də Kiyevdən narazılıq yaranıb.
Maqsud












