Diplomatlar Ağdərədə - "Gəncəsər" monastrında

  • Müəllif: Orxan
  • 12 Sentyabr 2026 11:00

Azərbaycanda akkreditə olunmuş 58 ölkənin diplomatı və beynəlxalq təşkilatların təmsilçiləri bu gün Ağdərə rayonunda “Gəncəsər” monastrını ziyarət edib.

Gununsesi.info-nun xəbərinə görə, qonaqlara əvvəlcə monastrının tarixi haqqında məlumat verilib.

Bildirilib ki, Ermənistanın işğalı altında qaldığı dövrdə, onların “Gəncəsər” monastrını həm də Ermənistanın mədəni irsi kimi tanıtmaq cəhdləri olub.

Bunun üçün hətta bir neçə dəfə toy mərasimləri də keçirilib.

Xatırladaq ki, Gəncəsər monastır kompleksi – erməni vandalizminin qurbanı olan abidələrimizdən biridir.

Bu kompleksin əsas tikililəri XIII əsrdə inşa edilib.

Monastırın yerləşdiyi Xaçınçay sahilindəki təpə hələ xristianlıqdan öncə müqəddəs yer sayılıb.

Gəncəsər monastırı həm də Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olub.

Monastır işğal dövründə ermənilər tərəfindən saxtakarlığa və qanunsuz müdaxilələrə məruz qalaraq tarixi alban memarlıq üslubu dəyişdirilmişdir.

Ermənilər 2012-ci ildə bu abidənin divarlarının üzərini mərmər daşlarla bağlamağa başladılar.

Kompleksin həyətində aparılan tikinti “abadlıq” işləri monastırın əzəli görkəminə zərər vurub…

Gununsesi.info