Kəlbəcərdə bal festivalı keçirilib - Foto

  • Müəllif: Şəbnəm
  • 12 Sentyabr 2026 17:51

Sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.

Gununsesi.info xəbər verir ki, diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Kəlbəcərdə olublar.

Səfər çərçivəsində Kəlbəcər şəhərində bal festivalı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Prezidentin Kəlbəcər rayonundakı nümayəndəsi Bəşir Hacıyev, eləcə də Azərbaycanda akkreditə olunmuş bir sıra ölkələrin səfirləri iştirak ediblər.

Qeyd edək ki, festival Kənd Təsərrüfatı Nazirliyi, Prezidentin Kəlbəcər rayonundakı nümayəndəliyi və Azərbaycan Arıçılar Təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.

 

 

Şəbnəm

Gununsesi.info