Fransada həddindən artıq istilər səbəbindən ölüm halları artıb.
Gununsesi.info xəbər verir ki, bu haqda Fransa İctimai Səhiyyə Agentliyi məlumat yayıb.
Bildirilir ki, ölkədə may ayından bəri dörd ayrı istilik dalğası müşahidə olunub.
İyulun 27-dən avqustun 20-dək davam edən sonuncu istilik dalğası zamanı 79 departamentdə 817 əlavə ölüm halı qeydə alınıb.
Nəticədə, may ayından bəri baş verən dörd istilik dalğası ərzində qeydə alınan ümumi əlavə ölüm hallarının sayı 8000-ə yaxınlaşıb.
Qeyd olunur ki, İctimai Səhiyyə Agentliyi istilik dalğaları zamanı baş verən əlavə ölüm hallarının sayını xüsusi bir metodologiya əsasında hesablayır.












