Ukraynada yaşayan tanınmış azərbaycanlı iş adamı və diaspor nümayəndəsi Yalçın Qəhrəmanoğlu Kiyevdə baş verən faciə barədə məlumat yayıb.
Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, əslən Lənkərandan olan Akif Ələkbərov xırda yük maşını ilə “Stoliçniy” ərazisindən “Bisnevi” istiqamətində hərəkət edərkən dron hücumuna məruz qalıb.
Hadisə “Julyana” körpüsünün altında baş verib.
Nəticədə Akif Ələkbərov həyatını itirib.
Yalçın Qəhrəmanoğlu həmçinin bildirib ki, Kiyevdə yaşayan azərbaycanlılar artıq beş ildir müharibənin ağır nəticələri ilə üz-üzədir və insanların həyatını itirməsinin şahidi olurlar.
O, faciənin Azərbaycan Vətən Müharibəsi şəhidlərinin Anım Günü ilə eyni vaxta təsadüf etdiyini qeyd edib.
Qəhrəmanoğlu şəhidlərin xatirəsini ehtiramla yad edib və Ukraynada müharibənin tezliklə başa çatmasını arzulayıb.
“Arzulayıram ki, tezliklə Ukraynada da müharibəyə son qoyulsun, insanlar həyatlarını itirməsin, övladlar ata-anasız, valideynlər övladsız qalmasın”, – deyə Yalçın Qəhrəmanoğlu bildirib.












