Gununsesi.info xəbər verir ki, Baş nazir bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.
Görüşün təfərrüatlarını bölüşən İrakli Kobaxidze deyib:
“Səfər çərçivəsində həm Amerika Prezidenti, həm də dövlət katibi ilə qısa həmsöhbət olmaq imkanım yarandı. Qısaca qeyd etdim ki, arzumuz strateji tərəfdaşlığı bərpa etməkdir və bu, təbii ki, mahiyyətcə ABŞ-dən asılıdır. Bizim tərəfimizdən addım atılıb, qarşı tərəfin addımlarını gözləyirik”.
Baş nazir əlavə edib ki, ABŞ tərəfindən müsbət əhval-ruhiyyə müşahid olunub və qəbul zamanı keçirilən görüşlər konstruktiv ruhda baş tutub.
Xatırladaq ki, Vaşinqton ilə Tbilisi arasında münasibətlər 2024-cü ildə Gürcüstanda “Xarici agentlər haqqında” qanunun qəbulundan sonra kəskin pisləşib. Gürcüstan Baş nazirinin 2024-cü il noyabrın 28-də ölkənin Aİ-yə üzvlüyü üzrə danışıqlar prosesinin dondurulması barədə bəyanatından sonra isə ABŞ Dövlət Departamenti respublika ilə strateji tərəfdaşlığı dayandırıb.












