Serbiya Prezidenti Aleksandr Vuçiç dövlət başçısı vəzifəsindən istefa verib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, bəyanat yayıb. Vuçiç xalqa müraciətində qərar vermə vaxtının çatdığını bildirib.
Siyasətçi deyib: “Tarix bizə öyrədir ki, tərəqqi heç vaxt təsadüfən deyil, çətin qərarlar, öz vicdanına qarşı məsuliyyət və irəliləmək əzmi ilə əldə edilir”.
Vuçiç vətəndaşları rəqəmlərlə bezdirmək istəmədiyini, lakin onlara bir nitqlə müraciət etdiyini bildirib. Orada o, baş nazir və respublika prezidenti kimi fəaliyyətini xatırlayıb.
“Baxın, Serbiya nə qədər dəyişib… Serbiyanın siması necə dəyişib. Və bu, küçələr, dəmir yolları və ya fantastik Belqradla bağlı deyil… Biz bir az korlanmışıq, düşünürük ki, Almaniya və Fransanı ötməliyik”, – deyə dövlət başçısı qeyd edib.
O, ölkənin rifahı naminə onunla birlikdə çalışdıqlarına görə Serbiya vətəndaşlarına təşəkkür edib.











