“Türkiyə -Azərbaycan qardaş və müttəfiq ölkədirlər”.
Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib.

“Ölkəmizdə Türkiyə əleyhinə olanlar Rusiya, İran, FETÖ, B. Netanyahunun siyasətinə uyğun təbliğatı əsasında yazırlar. Türkiyənin sosial seqmentində də eyni ssenari gedir. Hər iki qardaş xalq arasında nifaq salmaqdan ibarətdir.
Türkiyə -Azərbayacan qardaşlığı əbədidir. Daima Azərbaycanın yanında qardaş Türkiyə olub. Unutmayaq ki, uzun illər Naxçıvanın təhlükəsizliyinə cavabdeh Qars müqaviləsinə əsasən Türkiyə olub.
Azərbaycan və Türkiyə prezidentləri Türk Dövlətləri Təşkilatının inkişafına çalışır. Azərbaycanda Türkiyə əleyhinə və Türkiyədə Azərbaycan əleyhinə kimlərin olduğu bəlli olur. Hamısı süzcəgdən keçir”.
Firuzə












