Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Bakı şəhəri Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsinə təyin edilib.
Bu barədə Gununsesi.info -ya Baş Prokurorluqdan məlumat verilib.
Bundan başqa, Baş prokurorun müvafiq əmrinə əsasən Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.
***
12.32
Bakı şəhədi Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunub.
Bu barədə Gununsesi.info -ya Baş Prokurorluqdan məlumat verilib.
Baş Prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrə əsasən, Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.












