Daha bir karqo şirkətindən narazılıq var. Bu dəfə vətəndaş Expargo-dan gileylənir.
Gununesi.info bildirir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşım edib:
“Expargo-dan narazılığımı bölüşmək istəyirəm. ABŞ-dan sifariş etdiyim bağlamalardan biri üzrə çatdırılma ünvanı dəyişdirilib, amma mənə bu barədə məlumat verilməyib və nəticədə bağlamalar itib.
Digər sifarişimdə isə satıcının məlumatına görə, ayaqqabı bağlaması Expargo əməkdaşına təhvil verilib. Qəbul edən şəxsin adı Abdul göstərilir. Amma məhsul mənə çatmayıb. Abdul bağlamanı təhvil alıbsa, bəs sonra nə baş verib?
Ən narahatedici məqam isə Expargo-nun müştəriyə yanaşmasıdır. Problemi bildirəndə araşdırmaq və həll yolu təklif etmək əvəzinə, sadəcə “Bizdə yoxdur” — vəssalam! Müştərinin problemi ilə bu qədər laqeyd davranmaq olarmı?”.
Afət












