ABŞ prezidenti Donald Tramp İranla müharibə, ABŞ-da keçirilən aralıq seçkilər və demokratlarla münasibətlər barədə açıqlamalar verib.
Gununesi.info xəbər verir ki, Tramp bu barədə seçkilərin nəticələri ilə bağlı jurnalistlərə açıqlaması zamanı danışıb.
Tramp bildirib ki, əgər onun adı seçki bülletenlərində olsaydı, respublikaçılar seçkilərdə qalib gələrdilər.
O, müharibənin seçkilərə təsir göstərəcəyini əvvəlcədən bildiyini deyib. Prezident demokratlarla razılığa gəlməyin mümkün olduğunu, onların bəzi məsələləri müzakirə etmək üçün artıq əlaqə saxladıqlarını və bunun müsbət hal olduğunu qeyd edib.
ABŞ lideri İranla müharibənin qısamüddətli perspektivdə benzinin qiymətinin bir qədər artmasına səbəb olduğunu bildirib. O bildirib ki, bununla belə, qərar vermək üçün yenidən fürsəti olsaydı, İranla bağlı eyni qərarı qəbul edərdi. Onun sözlərinə görə, müharibə səbəbindən neft qiymətlərinin daha çox artacağını gözləyirdi.
Tramp İranın nüvə silahına sahib olmasına imkan verilməməli olduğunu, bu məsələdə ABŞ-ın başqa seçiminin olmadığını deyib. O, ABŞ-ın İranın hərbi imkanlarını məhv etdiyini və Hörmüz boğazının açıq olduğunu bildirib.
Prezident, həmçinin demokratların Nümayəndələr Palatasında respublikaçılarla fikir ayrılığı yaranacağı təqdirdə veto səlahiyyətindən istifadə edə biləcəklərini qeyd edib.












