Zelenski Starlink-lə bağlı problemdən danışdı

  • Müəllif: Firuzə
  • 12 Noyabr 2026 23:13

Ukrayna Prezidenti Volodimir Zelenski “Starlink” peyk internet sisteminin ölkə ordusuna təqdim etdiyi xidmətdə sürət məhdudiyyətlərinin yarandığını açıqlayıb.

Gununesi.info  xəbər verir ki, Zelenskinin sözlərinə görə, ABŞ şirkətinə məxsus “Starshield” sistemində müşahidə edilən problemlər təsadüfi nasazlıq deyil, sistemli sürət məhdudiyyətidir. O qeyd edib ki, bu vəziyyət Rusiyanın reaktiv mühərrikli pilotsuz uçuş aparatlarının hücumlarının qarşısının alınmasını çətinləşdirir və nəticədə bəzi zərbələr hədəfə çatır.

Ukrayna lideri yaranmış vəziyyətin daha çox insan itkisinə və ölkəyə daha dəqiq hücumlara şərait yaratdığını bildirərək, ABŞ tərəfi ilə məsələnin səbəblərini aydınlaşdırmağa çalışdıqlarını vurğulayıb.

Gununesi.info