130 nəfərin ölkədən çıxarılması barədə qərar qəbul edilib

  • Müəllif: Firuzə
  • 16 Noyabr 2026 12:32

Dövlət Miqrasiya Xidməti (DMX) cari ilin oktyabrında Azərbaycan hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı 130 qərar qəbul edib.

Bu barədə Gununesi.info-ya DMX-dən məlumat verilib.

Bildirilib ki, həmçinin Azərbaycanın imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində 2026-cı ilin oktyabr ayı ərzində 74 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.

Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.

Gununesi.info