Gürcüstan Rusiyadan qarğıdalı alışını 2,8 dəfə artırıb

Gürcüstan 2026-cı ilin oktyabrında Rusiyadan qarğıdalı alışını ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə artırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, oktyabr ayında Rusiya Gürcüstana 11 min ton qarğıdalı ixrac edib. Ötən ilin eyni dövründə bu göstərici 3,9 min ton olub.

Bildirilib ki, Rusiyadan qarğıdalı alışının ən yüksək göstəricisi 2021-ci ilin oktyabrında qeydə alınıb. Həmin vaxt Gürcüstan 11,4 min ton qarğıdalı alıb.

Gürcüstan oktyabr ayında Rusiyadan başqa Misirdən 27 ton, Argentinadan 26 ton, Türkiyədən isə 1 ton qarğıdalı idxal edib.

 

Gununsesi.info–