Azərbaycanda dövlət qurumları biznesə girişiblər - SAMİR ƏLİYEV

  • Müəllif: admin
  • 26 Aprel 2017 13:32
samir
 
“Hərə bir publik hüquqi şəxs yaradır, sonra başlayır istədiyi xidmət haqqı tətbiq etməyə. Dövlət İmtahan Mərkəzi (DİM) dövlətin adından abituriyentləri soyur, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) isə bankları və sığorta şirkətlərini,  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə dövlət standartlarını hazırlayıb pulla satır”.
Gununsesi.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib.
Onun sözlərinə görə, əslində DİM-in vəziyyətini hardasa anlayır:
“Dövlət büdcəsindən imtahanların pulsuz keçirilməsi üçün  bu quruma vəsait ayrılmalı idi. Ancaq Maliyyə Bazarlarına Nəzarət Palatasının xidmət haqları çox yüksəkdir. Nəticədə banklar həmin xərcləri yükləyəcək müştərinin  boynuna və bank xidmətlərini bahalaşdıracaq. 

Bu gün biz dünyada dövlət xidmətlərinə əhalinin çıxışı imkanları artırıldığı halda Azərbaycanda bunun əksinin şahidi oluruq. Onların pulsuz olması vacib şərt hesab edilir. Biz də isə dövlət qurumları biznesə girişiblər”.
Gununsesi.info