ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın Bakıdakı səfirlikləri 23 iyulda həbs olunan siyasətçi Qubad İbadoğlu ilə bağlı Azərbaycan hökumətinə çağırış ediblər.
Bu barədə bəyanatı Böyük Britaniyanın Azərbaycandakı səfirliyi yayıb. Bəyanatda deyilir ki, onlar Qubad İbadoğlunun həbsini yaxından izləyirlər:
“Biz hörmətli, beynəlxalq səviyyəli alim Qubad İbadoğlunun həbsini yaxından izləyirik. Azərbaycan Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq Qubad İbadoğlu da daxil olmaqla Azərbaycan vətəndaşlarının təməl azadlıqlarının, insan hüquqlarının qorunması həyati önəm daşıyır. Azərbaycan hökumətini Qubad İbadoğlunun hüquqlarına hörmət etməyə, dərmanlarına çatımlılığını təmin etməyə və ədalətli hüquqi proses aparmağa çağırırıq”.
10:13
*****
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, tanınmış iqtisadçı alim Qubad İbadoğlunun həbsi ilə bağlı açıqlama yayıb.
Gununsesi.info həmin açıqlamanı təqdim edir:
“Tanınmış beynəlxalq akademik, Dr. Qubad İbadoğlunun 23 iyulda həbs edilməsini yaxından izləyirik. Dr. İbadoğlu da daxil olmaqla, Azərbaycan vətəndaşlarının təməl azadlıqlarını və insan haqlarını Azərbaycan qanunları və beynəlxalq məsuliyyətlərini, verdiyi sözlərə uyğun olaraq qoruması böyük önəm daşıyır.
Azərbaycan hökumətini dərmanlara əlçatım və ədalətli qanuni proses də daxil olmaqla, Dr. İbadoğlunun insan haqlarına sayğı göstərilməsini təmin etməyə çağırırıq”.

Tərcümə: Arzu












