İtirilmiş Şopen valsı 200 ildən sonra tapıldı

  • Müəllif: Orxan
  • 29 Oktyabr 2024 14:14

Polşa bəstəkarı Frederik Şopenin olduğu güman edilən yeni musiqi əsəri yazıldıqdan təxminən 200 il sonra tapılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, naməlum vals Nyu-Yorkdakı Morqan Kitabxanası və Muzeyinin qülləsində tapılıb.

Nadir əlyazma – 1830-1835-ci illər arasında – kurator Robinson McClellan tərəfindən yeni kolleksiyaları kataloqlaşdırarkən aşkar edilmişdir.

Orxan Saffari

Gununsesi.info