Cəbrayılda ağır qəza: - Ölənlər var

  • Müəllif: Orxan
  • 14 Noyabr 2024 17:38

Bu gün səhər saatlarında Cəbrayılda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info Unikal.az-a istinadən xəbər verir ki, “Hunday” markalı maşın yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində “Hunday”da olan iki nəfər ölüb.

Faktla bağlı Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info