Koreyanı balladaları ilə heyran edən müğənni Wheesung ölü tapılıb

  • Müəllif: Orxan
  • 11 Mart 2025 10:10

Cənubi Koreyalı müğənni Wheesung bazar ertəsi Seuldakı evində ölü tapılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, onun 43 yaşı var idi.

Bildirilir ki, onun ölümünə səbəb ürəktutması olub.

Qeyd edək ki, ssl adı Choi Whee-sung olan Wheesung 2002-ci ildə debüt etdi və tez bir zamanda ruhlandırıcı vokalları ilə adından söz etdirmişdi. O, 2000-ci illərdə kütləvi şəkildə məşhur idi.

Orxan

Gununsesi.info