Hər il 12 min insan sosial şəbəkə vasitəsi ilə həbs edilir

  • Müəllif: Günel
  • 08 Aprel 2025 10:04

Böyük Britaniyada hər il 12 min insanın sosial mediadakı paylaşımlarına görə həbs edildiyi açıqlanıb.

Gununsesi.info bu barədə xarici KİV- ə istinadən xəbər verir.

Britaniyanın “Times” qəzetinin məlumatına görə, sözügedən şəxslər onlayn təhqiredici çıxışı, uyğun olmayan, ədəbsiz və ya hədələyici  məzmun paylaşmağı cinayət hesab edən qanunlara əsasən mühakimə olunublar.

Bildirilir ki, təkcə 2023-cü ildə 12 183 insan həbs edilib ki, bu da gündə təxminən 33 həbsə bərabərdir.

Günel

Gununsesi.info