Əhaliyə xəbərdarlıq…

  • Müəllif: Günel
  • 25 May 2025 15:23

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Bu barədə Gununsesi.info-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, mayın 26-da bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000vmetrədək məhdudlaşacağı gözlənilir.

Gununsesi.info