İsrail ordusu Qəzzada məktəb binasını vurdu - 20 nəfər öldü

  • Müəllif: Günel
  • 26 May 2025 08:44

İsrailin Qəzzada yerləşən məktəb binasına endirdiyi zərbəsi nəticəsində azı 20 nəfər həyatını itirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Həlak olanların əksəriyyəti həmin binada müvəqqəti sığınacaq tapan köçkünlər olub.

Hücum nəticəsində onlarla insan da yaralanıb.

Gununsesi.info