Qüdsdə yəhudilər yürüş keçiriblər

  • Müəllif: Günel
  • 27 May 2025 08:38

1967-ci ildə Qüds şəhərinin şərq hissəsinin İsrail tərəfindən ələ keçirilməsi münasibətilə yəhudilər ənənəvi yürüş keçiriblər.

Gununsesi.info xəbər verir ki, on minlərlə şəxsin iştirak etdiyi “Bayraq yürüşü” zamanı ifrat sağçı israilli yəhudilər fələstinlilərə, digər israillilərə və jurnalistlərə hücum ediblər.

Yürüş iştirakçıları şüarlar səsləndirib, rəqs edib və İsrail bayraqlarını dalğalandırıblar.

Gununsesi.info