Niyazi Bayramov Natiq Qasımovun anasının yas mərasimində iştirak etdi – Fotolar

  • Müəllif: Firuzə
  • 30 İyul 2025 11:37

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımovanın yas mərasimində iştirak edib.

Gununsesi.info xəbər verir ki, mərasimə  Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, QMİ Qazılar Şurasının sədri Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri də qatılıblar.

Niyazi Bayramov mərhumun ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib, Allahdan rəhmət və səbir diləyib.