Saxta nikaha görə hansı məsuliyyət var?

  • Müəllif: Orxan
  • 26 Avqust 2025 10:40

Bəzi insanlar sadəcə vətəndaşlıq almaq və ya maddi mənfəət üçün formal nikah bağlayırlar. Bu vəziyyət aşkarlanarsa, hüquqi nəticə necə olur, nikah qüvvədən düşərmi?

Hüquqşünas Uğur Əliyev bu barədə Gununsesi.info-ya deyib:

“Saxta nikah niyyəti, ailə qurma məqsədi yoxdursa, qanun bunu etibarsız nikah kimi qəbul edə bilər. Məhkəmə həmin nikahı etibarsız sayır, eləcə də ‘icbar, aldatma və ya formal ittifaq’ qanun gözündə nikahı ləğv edir. Saxtakarlıqla müvəffəq olunan məqsəd (vətəndaşlıq, mülk sahibi olmaq) geri alınır, müvafiq cinayət məsuliyyəti də yarana bilər”.

Afət

Gununsesi.info