Prezident İlham Əliyev: Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur

  • Müəllif: Firuzə
  • 27 Avqust 2025 10:31

Rusiyanın Ermənistanda hərbi bazası və bir neçə min nəfərdən ibarət hərbi heyəti var.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, eyni zamanda, Ermənistanın İran və Türkiyə ilə sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur:

“Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur. Beləliklə, Ermənistanda nə baş verə bilər, mən bunu bilmirəm. Lakin mən bu mənfi ssenari haqqında düşünmək istəmirəm”.

 

Gununsesi.info