“Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib

  • Müəllif: Firuzə
  • 28 Avqust 2025 11:00

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyində “Bakı Gəmiqayırma Zavodu” MMC-nin idarə heyətinin sədri Elşad Nuriyev vəzifəsindən azad edilib.

Gununsesi.info APA-ya istinadla xəbər verir ki, E.Nuriyevin yerinə bu vəzifənin icrası Ruslan Talıbova həvalə olunub.

Qeyd edək ki, R.Talıbov bu vaxta qədər Azərbaycan Fintex Assosiasiyasının idarə heyətinin sədri olub.

 

Gununsesi.info