Tovuzda iki avtomobil körpüdən aşıb, xəsarət alanlar var

  • By Admin08
  • 10 Sentyabr 2025 20:35

Tovuzda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Toyota Prius” və “Opel” markalı avtomobillər toqquşub, daha sonra aşıb.

Qəza zamanı 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002-ci il təvəllüdlü Ağası Məmmədov müxtəlif xəsarətlər alıblar. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır.

Qeyd edək ki, xəsarət alanlar sürücüdürlər və taksi fəaliyyəti ilə məşğuldurlar.

Faktla bağlı araşdırma aparılır.