ABŞ-də qar fırtınasında ölənlərin sayı 73-ə çatdı

  • By Admin2
  • 29 Yanvar 2026 14:00

ABŞ-nin böyük hissəsində tüğyan edən güclü qar fırtınası nəticəsində ölənlərin sayı 73-ə çatıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Qeyd edək ki, ABŞ-nin Milli Meteorologiya Xidməti temperaturun gələn həftə ərzində də normadan xeyli aşağı qalacağını açıqlayıb. Növbəti həftə ərzində əhalinin təxminən 80%-nin yaşadığı ərazilərdə temperaturun sıfırdan aşağı olacağı gözlənilir.

Xatırladaq ki, daha əvvəl Nyu-York meri Zohran Mamdani 10 nəfərin küçədə ölü aşkarlandığını açıqlamışdı.

Gununsesi.info