ABŞ-da 8,2 ballıq zəlzələ: Sunami xəbərdarlığı edildi

  • By admin
  • 29 İyul 2021 13:03

ABŞ-ın Alyaska ştatında zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS ABŞ-ın Geoloji Xidmətinə istinadən məlumat yayıb.

Xidmətdən bildirilib ki, zəlzələnin maqnitudası 7,3 bal olub. ABŞ-ın Xəbərdarlıq Mərkəzi isə zəlzələnin 8,2 bal gücündə olduğunu qeyd edib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Zəlzələdən bir qədər sonra isə 6,2 bal gücündə afterşok qeydə alınıb.