
ABŞ-ın Ohayo ştatında anbarda baş verən atışmada 1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər, hücumda bir nəfərin öldüyünü, beş nəfərin yaralandığını açıqlayıb. Hücum edənin şəxsiyyətinin polis tərəfindən müəyyən edildiyi və şəxsin tutulması üçün əməliyyata başlanıldığı bildirilib.
Anbarda olan bütün işçilər təxliyə edilib və hadisə yerinə çoxlu sayda polis göndərilib və ərazi mühasirəyə alınıb.
Yeni Albany polis rəisi Greg Jones hadisənin “məqsədli hücum” kimi qiymətləndirildiyini və hadisə yerindən bir silahın tapıldığını söylədi.