ABŞ dövlət katibinin müavini Elison Huker Ermənistana səfər edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, o, İrəvanda “Tramp yolu” və Ermənistan-Türkiyə münasibətlərini müzakirə etmək niyyətindədir.
Diplomatı İrəvanda baş nazir, xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi və Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə qəbul edəcək.











