ABŞ İranda vurulan F-15-in bir pilotunu xilas etdi

  • Müəllif: Orxan
  • 03 Aprel 2026 21:56

İran səmasında vurulan Amerika F-15E qırıcı təyyarəsinin bir heyət üzvü ABŞ qüvvələri tərəfindən xilas edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə amerikalı iki rəsmi “CBS Nyus”a (CBS News) deyib.

İkinci pilotun axtarıldığı bildirilib.

Qeyd edək ki, İran bu gün vurduğu F-15E qırıcı təyyarəsinin pilotunu əsir götürdüyünü açıqlamışdı. Həmçinin pilotları axtaran helikopteri də vurduğunu elan etmişdi.

Səhər saatlarında isə SEPAH F-35 qırıcısı vurduğu iddiasını yaymışdı.

 

Gununsesi.info