Pezeşkian: “Dost və qardaş xalqlar ağır gündə bir-birinə sıx bağlanır”

  • Müəllif: Orxan
  • 03 Aprel 2026 22:04

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığında ölkəsinin çətin dövründə göstərilən dəstəyə görə təşəkkür edib.

Gununsesi.info xəbər verir ki, o bu barədə X hesabında paylaşım edib.

Söhbət zamanı Məsud Pezeşkian Azərbaycan hökumətinin və xalqının nümayiş etdirdiyi həmrəyliyi yüksək qiymətləndirdiyini bildirib. O, vurğulayıb ki, dost və qardaş xalqlar ağır günlərdə bir-birinə daha sıx bağlanır.

“Dost və qardaş ölkələr çətin anlarda bir-birini tapır. Sivilizasiya kökləri nə qədər dərin olarsa, bu bağ bir o qədər güclü olar”, – deyə İran Prezidenti qeyd edib.

Gununsesi.info