“Qarabağ” ilk oyununda “Sabah”-la heç heçə edib

  • Müəllif: Orxan
  • 03 Aprel 2026 22:16

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk matçları başa çatıb.

Gununsesi.info xəbər verir ki, günün ikinci oyununda “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Sabah”ı qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində Kadi Borges, qonaqlarda isə Umarali Raxmonaliyev dubl ediblər.

Günün ilk matçında “Zirə” “Turan Tovuz”a 2:0 hesablı qalib gəlib.

Xatırladaq ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 21-22-də keçiriləcək.

Gununsesi.info