ABŞ-nin təyyarədaşıyan gəmisi Misir sahillərində qəzaya uğrayıb

  • By Günel
  • 13 Fevral 2025 21:56

ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi “Harry Truman” Misir sahillərində ticarət gəmisi ilə toqquşub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Breaking Defence” portalı ABŞ-nin 6-cı donanmasının nümayəndəsinə istinadən məlumat yayıb.

Toqquşma təyyarədaşıyan gəmi üçün təhlükə yaratmayıb. Ölən və yaralananlar barədə məlumat verilmir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Gununsesi.info