ABŞ Suriyanın İŞİD-ə qarşı koalisiyaya qoşulacağını gözləyir

  • Müəllif: Admin08
  • 01 Noyabr 2025 21:06

Vaşinqton administrasiyası Suriya hakimiyyətinin ABŞ-ın rəhbərlik etdiyi İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya qoşulacağını elan edəcəyini gözləyir.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri və Suriyə üzrə xüsusi nümayəndəsi Tom Barrak Bəhreyndə keçirilən “Manama Dialoqu” forumunda çıxışı zamanı bildirib.

Diplomatın sözlərinə görə, Suriya hökuməti artıq müvafiq sənədi imzalamağa hazırlaşır.

Gununsesi.info