Ağır qəza: Avtobus obyektə çırpıldı - Xəsarət alanlar var

  • By Ayshan
  • 04 Noyabr 2025 21:55

Bu gün axşam saatlarında Binəqədi rayonunun Biləcəri qəsəbəsində marşrut avtobusunun iştirakı ilə qəza baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, marşrut avtobusu bir neçə maşınla toqquşub. Daha sonra isə yol kənarında olan obyektə çırpılıb.

Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib.

Xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır