Ağsuda kişi heyvan otararkən ÖLDÜ

  • Müəllif: Firuzə
  • 22 Aprel 2026 09:55

Ağsuda 54 yaşlı kişi heyvan otararkən ölüb.

Gununsesi.info oxu.az-a istinadla xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Daşdəmirbəyli kəndi ərazisində baş verib.

Kənd sakini 1972-ci il təvəllüdlü Bəkir Təvəkgül oğlu Bağırovun meyiti kəndi ərazisindəki örüş sahəsindən aşkarlanıb.

Onun heyvanlarını otararkən infarktdan öldüyü bildirilir.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info