Macarıstan Baş naziri Viktor Orbanın partiyası yenidən parlament seçkilərində qalib gələrsə, Avropa Birliyi beş mümkün ssenarini nəzərdən keçirir.
Gununsesi.info xəbər verir ki, bu barədə Politico 10 Aİ diplomatına istinadən məlumat verib.
“Politico”nun Aİ diplomatlarına istinadən yaydığı məlumata görə, əsas variantlar arasında ixtisaslı səs çoxluğunun genişləndirilməsi, “çoxsürətli Avropa” modelinə keçid və Macarıstana qarşı maliyyə sanksiyalarının sərtləşdirilməsi yer alır.
Həmçinin ölkənin Aİ Şurasında səsvermə hüququnun müvəqqəti dayandırılması ehtimalı müzakirə olunsa da, bu addımın reallaşması çətin qiymətləndirilir.
Macarıstanın Birlikdən çıxarılması isə ən az real ssenari hesab olunur.
Şəbnəm












