Aİ miqrantları qəbul etməyən ölkələrin ticarət üstünlüklərini məhdudlaşdıracaq

Avropa İttifaqı, miqrantları yenidən qəbul etməyən üçüncü ölkələr üçün ticarət güzəştlərini məhdudlaşdırmaq qərarı verib.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.

Qərara görə, ölkələr vətəndaşlarını qəbul etmə öhdəliklərini ciddi pozarsa, Aİ həmin ölkələrdən gələn mallara tətbiq olunan güzəştləri müvəqqəti dayandıra bilər.

Fransa və İtaliya kimi ölkələr bu addımın ucuz Asiya düyüsü tədarükünə və əsas tərəfdaşlarla münasibətlərə təsirindən narahatdır.

GSP sistemi çərçivəsində güzəştlər inkişaf etməkdə olan ölkələrin Avropa bazarına çıxışını asanlaşdırır.

 

 

Şəbnəm

Gununsesi.info